Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tovuz rayon Mərkəzi kitabxananın uşaq şöbəsi N.Tusi adına məktəb-liseydə tədbir keçirib

26.02.2022

Tovuz rayon Mərkəzi kitabxananın uşaq şöbəsi N.Tusi adına məktəb-liseyin şagirdləri ilə birgə məktəbin foyesində Xocalı faciəsinin otuzuncu ildönümünə həsr olunmuş “Xocalını ananda” mövzusunda sərgi və tədbir təşkil edilib. 
Tədbirin məqsədi otuz il əvvəl Xocalıda törədilən bəşər tarixinin ən dəhşətli hadisələrindən və soyqırımı cinayətlərinin unudulmayacağından, müdafiəsiz, dinc və əliyalın insanları, o cümlədən qocaları, uşaqları və qadınları xüsusi amansızlıqla qətlə yetirən erməni cəlladlarının vəhşi və terrorçu xislətli olmalarını bir daha nəzərə  çatdırmaq idi. 
Tədbirdə qeyd edildi ki, Azərbaycan xalqının bu unudulmayan yarasına ancaq 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərin mənfur düşmənlərimizə ən kəsərli cavab olması ilə məlhəm ola bilərdi.

 

73.2 KB

 

91.4 KB

 

111.6 KB

 

90.9 KB

 

100.6 KB

 

155.8 KB